Basketbolçu Mars planetinə səfir təyin olundu

Karyerasını bitirmiş peşəkar Çin basketbolçusu Yao Minə qeyri-adi və rəmzi təyinat verilib.

Etikxeber.az “South China Morning Post” qəzetinə istinadla xəbər verir ki, o, Mars planetinə səfir təyin edilib. Vaxtilə “Hyuston Roket” klubunda forma geyən Yao Min Milli Basketbol Assosiasiyasında səkkiz mövsüm keçirib.

Otuz altı yaşlı idmançıdan başqa, sözügedən fəxri missiyaya Çinin daha 10 məşhur adamı təyinat alıb. Səfir missiyasında məqsədin kosmik proqramın öyrənilməsinə, gələcəkdə Marsa uçuşlara dəstək göstərmək və ictimaiyyətin bu təşəbbüsə diqqətini cəlb etməyə yönəlib.

Hələ avqust ayında rəsmi Pekin bəyan etmişdi ki, dörd il sonra çinlilərin planetlərarası səyahətinə başlanacaq. 2020-ci ilin yayında Haynan əyalətinin Vençay kosmodromunda “Çançjen-5” (Böyük yürüş) raketdaşıyıcısının səmaya buraxılması nəzərdə tutulur. Əvvəlcə, Çinin nəhəng raketdaşıyıcısının köməkliyi ilə Yer kürəsinin orbitindən “qırmızı planet”də tədqiqat aparmaq üçün Marsa zond göndərilməsi planlaşdırılır.

Etikxeber.az

Read Previous

Seymə altı siyasi partiyanın nümayəndələri seçilib

Read Next

Yevda Abramov: ” Bu fakt İsrailin ölkəmizə münasibətinin göstəricisidir”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir