Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mayın əvvəllərində koronavirusa yoluxmaların sayında xeyli azalmalar müşahidə olunduqdan sonra, Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargah insanların tədricən pandemiyadan əvvəlki həyatlarına qayıtması, əmək fəaliyyətlərinin bərpası üçün müəyyən yumşalma tədbirlərinə qərar verdi.
Lakin çox keçmədi ki,epidemioloji vəziyyətin yenidən neqativə doğru getdiyi üzə çıxdı.
Söz yox ki, bu, bir çox adamların sanitar-epidemioloji normalara, rəsmi qaydalara, tövsiyələrə əməl etməməsinin nəticəsi idi.
Digər tərəfdən, zənnimcə, bir sıra məhdudiyyətlərin və qadağaların götürülməsi zamanı müvafiq qurumların situasiyanı dərindən təhlil etməməsi və bəzi detalların nəzərə almamasının da burada rolu göz qabağındadır.
Həftə sonu qapanma tədbirləri də gözlənilən effekti vermədi, aktiv xəstələrin sayında artım baş verdi.
İndi hökümət yenidən sərt karantin rejiminə əl atdı.
Başqa çıxış yolu yoxdur.
İnsanların hərəkəti nə qədər məhdudlaşdırılsa, sosial aktivlik nə qədər azaldılsa, o qədər müsbət nəticə əldə edə bilərik.
Spesifik vaksin tapılana qədər hər birimiz ehtiyatı əldən verməməli, rəsmi qərar və qaydalara tabe olmalı, metodiki göstərişlərə riayət etməliyik.
Mayis SƏFƏRLİ,
Eks-deputat
Etikxeber.az