“Başqa ölkələrdən bura gəlib-getmək əzaba çevrilib…”-FAZİL MUSTAFA

Qanun layihəsində “Getmək turizmi”, “Gəlmək turizmi”, “Macəra turizmi” kimi maraqlı ifadələr yer alsa da, “Ov turizmi’ ifadəsinə yer verilməyib. Bu ifadənin də qanun layihəsinə daxil edilməsinə ehtiyac var.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa deyib.

O, bildirib ki, kino turizmi də mühüm məsələdir:

“Bu da qanun layihəsində yer almayıb. Digər tərəfdən, turistlərin aldadılması məsələsi ən əsas problemlərdəndir. Turisti aldadan, dələduzluq edə şəxslər ciddi məsuliyyətə cəlb edilməlidir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edə bilərik. Ona görə də turistin sadəcə, sığortası məsələsini deyil, onların təhlükəsizliyi məsələsini də həll edək. Dəniz turizmi məsələsi də çox acınacaqlı vəziyyətdədir. Biz bəlkə də dənizdən istifadə etməyi bacarmayan yeganə xalqıq”.

F.Mustafa təyyarə qiymətlərinin baha olması problemini də qaldırıb.

“Dəfələrlə təyyarə qiymətlərinin baha olması məsələsini qabardırıq. Bu məsələdə Gürcüstan və digər ölkələrə uduzuruq. Uduzuruqsa, rəqabət də olmayacaq. Başqa ölkələrdən bura gəlib-getmək əzaba çevrilib. Biz bu qanunu kimlərsə üçün iş yerinin yaradılması üçün qəbul etməməliyik”-deyə, millət vəkili əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Biri AŞPA-da Azərbaycan ordusu əleyhinə qətnamə qəbuluna cəhd edir, biri Paşinyanı öz lideri kimi görmək istəyir…”-BƏHRUZ MƏHƏRRƏMOVDAN SƏRT SÖZLƏR

Read Next

“Hotellərdə bir gecə, iki gün qalmaq üçün mənim 1 aylıq maaşım qədər pul verməlisən…”-AQİL ABBAS “AZAL”-I KƏSKİN TƏNQİD ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir