Başqa yolumuz qalmayıb – BAHAR MURADOVA – YENİLƏNİB

Vitse-spikerdən beynəlxalq qurumlara sərt qınaq

İyunun 20-də Bakıda “Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda  Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçirilib.

Etikxeber.az-ın məlumatına görə,  İnsan Hüquqları üzrə Müvəkkil, Ombudsman Elmira Süleymanova deyib ki, Azərbaycanda insan hüquqları hərtərəfli şəkildə təmin olunub.

E. Süleymanovanın  sözlərinə görə, Azərbaycan sürətli inkişafına görə dünyada qabaqçıl yerlərdən birini tutur:

“Azərbaycan ikinci dəfə müstəqilliyini 1991-ci il 18 oktyabrda elan edib. Ölkəmiz qısa müddətdə böyük inkişaf yolu keçib. Azərbaycanın bir çox ölkələrlə diplomatik əlaqələri var. Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir”.

E.Süleymanova əlavə edib ki, bir çox ölkələrdə ölüm cəzası tətbiq edilsə də, Azərbaycanda ölüm cəzasına 1993-cü ildə veto qoyulub. Ombudsman qeyd edib ki, 30 ildən çox davam edən erməni təcavüzü nəticəsində hazırda Azərbaycanda 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün kimi yaşamağa məcbur olub.

***

“Beynəlxalq ictimaiyyət hər bir insan, xalq, millət üçün təhlükəsiz yaşamağa şərait yaratmalıdır və hər bir insan, millət bundan bəhrələnməlidir. Bizim bundan başqa yolumuz qalmayıb”.

Bunu da Milli Məclisin (MM) sədr müavini Bahar Muradova  çıxışı zamanı deyib.

B. Muradova deyib ki, 18 iyun bütün ölkələrdə insan hüquqları günü kimi qeyd edilir.Onun sözlərinə görə, lakin çox təəssüf ki, insan hüquq və bərabərliyinin təmin olunmasını nəzərdə tutan beynəlxalq sənədin müddəalarını yerinə yetirməli olan ayrı-ayrı təşkilatlar, beynəlxalq ictimaiyyət bunu etmir:

baharrrr

“Çox təəssüf ki ki, biz getdikcə belə hallarla daha çox qarşılaşırıq. Bu gün dünyada milyonlarla qaçqın bu günü qeyd etməyə məcbur olurlar”.

B. Muradovanın dediyinə görə, bu günün qeyd olunmasının vaciblyi beynəlxalq təşkilatlara bir daha onu göstərir ki, insanlar öz ölkələrində, yaxud da sərbəst şəkildə seçdikləri ölkələrdə heç bir dini, irqi fərq qoyulmadan öz hüquqlarını reallaşdıra bilməli, bir ölkədə qəbul olunmuş qaydalar digər ölkədə keçərli olmalıdır.

Konstitusiya Məhkəməsinə Ombudsmandan 30 müraciət daxil olub

“Konstitusiyaya edilən dəyişikliklərdən sonra Ombudsmana Azərbaycan Konstitusiya Məhkəməsinə həm konkret olaraq, həm də gələcəkdə baş verə biləcək insan hüquq və azadlıqlarının pozulması ilə bağlı müraciət etmək hüququ verilib. Ombudsman təsisatı bu hüquqdan çox səmərəli istifadə edir”.

Bunu isə çıxışında Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

Onun bildirdiyinə görə, Ombudsman tərəfindən Konstitusiya Məhkəməsinin Plenumunun mütləq qüvvəsi olan 30-a yaxın qərarı ilə bağlı müraciətlər daxil olub:

“Bu müraciətlər hüququn müxtəlif sahələrinə aiddir. Ümumiyyətlə, hər bir dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunmasıdır ki, bu da Azərbaycan Konstitusiyasında əksini tapıb”.

Etikxeber.az

Read Previous

Müdafiə Nazirliyi Günnüt kəndinin işğaldan azad edilməsinə dair video yaydı – VİDEO

Read Next

Laçına gedən yola artıq ordumuz nəzarət edir – ZAKİR HƏSƏNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir