“Bavariya”-nın prezidenti FIFA-nın qərarını qınadı…

FIFA-nın 2026-cı ildən başlayaraq futbol üzrə dünya çempionatında komandaların sayının artırılması ilə bağlı çıxardığı qərar hələ də idman ictimaiyyətində bir mənalı qarşılanmır.

Etikxeber.az “Sportbild”ə istinadla xəbər verir ki, məsələyə münasibət bildirən Münxenin “Bavariya” futbol klubunun prezidenti Uli Höness də ali futbol qurumunun qərarını qınayanlar arasında yer alıb: “Hesab edirəm ki, bu, icrası mümkün olmayan qərardır. Düşünmürəm ki, mundialda 48 güclü komanda olacaq. Bundan başqa, əsas məsələ futbolçuların sağlamlığıdır. Onların belə formatda oynaya biləcəkləri şübhə doğurur”.

Almaniyanın ən titullu klubunun təmsilçisi hələ qərar qəbul olunmazdan əvvəl Avropa Klublar Assosiasiyasının adından FIFA-ya etiraz məktubu göndərmişdi. Ancaq “Barselona” və “Real” bu məktubla razılaşmadıqlarını ifadə etmişdilər.

Etikxeber.az

Read Previous

Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşır

Read Next

5 nəfər prokurorluq orqanlarından xaric edilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir