BAXÇALIDAN XƏBƏRDARLIQ: “Tehran-Ər-Riyad çəkişməsi növbəti fəlakətdən xəbər verir”

“Tehran-Ər-Riyad çəkişməsi növbəti fəlakətdən xəbər verir”.

Etikxeber.az-ın xəbərinə görə, bunu MHP genəl başqanı  Dövlət Baxçalı partiyasının qrup toplantsında çıxışı zamanı deyib.

D. Baxçalı deyib ki, qarşıdakı “zülm pramidası”nın içində “yox” yoxdur.

“Enerji oyunları  stratejik çatışmalar, ölkələrin fiziki qarşılaşması ilə deyil, terror örgütlərinin əliylə edilməkdədir. ABŞ prezidentinin seçim dönəmində “borcumuzu Körfəz ölkələri ödəyəcək” açıqlamasının icrası üçün artıq  hər yol dənənməkdədir.

ABŞ 11 sentyabr hadisələri nədəniylə ölənlərin yaxınlarının Səudiyyə Ərəbistanına məhkəmə davası açmasına imkan yaradan bir qanun layihəsini ortaya qoyub.  Ölkəmizin etiraz etdiyi, Obamanın da veto qoyduğu layihə sırasında iki ölkə arasında soyuq rüzgarlar əsmişdi.

Odur ki, Ramazan ayında İslam ölkələri üzərində oynanılan oyunlara qarşı ayıq, dinimizin buyruqlarına da sadiq və bağlı olmaq durumundayız”-deyə, o, sözlərinə əlavə edib.

MHP genəl başqanı eyni zamanda, AKP iqtidarının Qətərə dəstək verməsinə müsbət yanaşıb və bu məsələdə hökuməti tənqid edən CXP-ni sərt sözlərlə ittiham edib.

“Ana müxalifət” partiyasındakı  kompleks və aşağılıq duygusu nə şəkildə izah ediləcək?!

Nə etsəydik,  heç bir iradə göstərmədən özümüzü təslimmi etsəydik?!” – deyə, Baxçalı sonra bildirib.

Etikxeber.az

Read Previous

İran Qətərə ərzaq yardımı göndərdi

Read Next

MİLLƏTİN BÜLBÜLÜ – Rafael Hüseynov yazır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir