Baxtadze də getdi – İSTEFA VERDİ

Gürcüstanın Baş naziri Mamuka Baxtadze istefa verdiyini bəyan edib.

Etikxeber.az xəbər verir ki, o bu barədə özünün Facebook səhifəsində yazıb.

“İnkişaf çərçivəsi yaradılıb və bu səbəbdən mən istefaya getməyi qərara aldım. Hesab edirəm ki, mən bu mərhələdə öz missiyamı yerinə yetirmişəm”-deyə, o, qeyd edib.

Qeyd edək ki, ölkə qanunlarına görə, Baş Nazirin istefasından sonra onun səlahiyyətləri hökumətə keçir.

Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənənədək nazirlər öz vəzifələrini yerinə yetirməyə davam edirlər.

Etikxeber.az

Read Previous

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 8 min 40 müraciət daxil olub – AVQUSTDA

Read Next

Bakı polisindən “Torqovı”da “Fuhuş əməliyyatı”…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir