Bayden Kiyevə-GEDİR?

ABŞ yüksək rütbəli administrasiya rəsmlərinin Kiyevə səfərə göndərilməsi imkanını müzakirə edir.

Etikxeber.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Səfərin məqsədi Ukraynaya dəstək nümayiş etdirməkdir.

Vaşinqton nümayəndəsi Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.

Qəzetin iddiasına görə, prezident Co Bayden və ya vitse-prezident Kamala Harris də Kiyevə gedə bilər.

Dövlət katibi Entoni Blinken və ya Pentaqonun rəhbəri Lloyd Ostinin səfər etməsi ehtimalı daha yüksəkdir.

Səfərin təhlükəsizlik baxımından əvvəlcədən elan olunmayacağı vurğulanır.

Qeyd olunur ki, həmçinin səfərin baş tutması Ukrayna ərazisində hərbi əməliyyatların gedişindən asılı olacaq.

Etikxeber.az

Read Previous

2022-ci il: Böyük perspektivlər və uğurlar ili-MUSA QULİYEV BELƏ DƏYƏRLƏNDİRDİ

Read Next

Alkoqollu içkilərin və siqaretlərin-AKSİZ DƏRƏCƏLƏRİ ARTIRILDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir