Bayden yenidən Avropaya səfər edir-RUSİYAYA TƏZYİQLƏRİN ARTIRILMASI ƏSAS MÜZAKİRƏ MÖVZUSU OLACAQ…

ABŞ Prezidenti Co Bayden Böyük Yeddilik Qrupu (G7) və NATO sammitlərində iştirak etmək üçün Avropaya səfər edir.

Etikxeber.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Qeyd olunur ki, ABŞ dövlət katibi Entoni Blinken də səfərdə iştirak edəcək.

G7 liderlərinin görüşü iyunun 26-28-də Almaniyanın cənubundakı Qarmiş-Partenkirxen şəhəri yaxınlığındakı Elmau qəsrində, NATO sammiti isə iyunun 28-30-da Madriddə keçiriləcək.

Hər iki tədbirin əsas mövzularından birinin Ukrayna ətrafındakı vəziyyət olacağı gözlənilir.

Amerika administrasiyasının nümayəndəsinin daha əvvəl jurnalistlərə verdiyi məlumata görə, Birləşmiş Ştatlar Kiyevə hərbi yardımın göstərilməsi və onun mümkün genişləndirilməsi ilə bağlı məsələlərin fəal müzakirəsinə ümid edir.

G7 liderləri həmçinin Rusiyaya təzyiqin artırılmasını müzakirə edəcəklər.

Ukrayna Prezidenti Vladimir Zelenski hər iki sammitdə videobağlantı vasitəsilə çıxış edəcək.

Etikxeber.az

Read Previous

Tanınmış jurnalistin “İsmayıllının Zəfər Şəhidləri” adlı kitabının- TƏQDİMATI – FOTOLAR

Read Next

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir