“Bayer” Edvayla müqaviləni yenilədi

“Bayer Leverkuzen” futbol klubu müdafiəçi Tin Edvay ilə müqaviləni yeniləyib.

Etikxeber.az kluba istinadla xəbər verir ki, xorvatiyalı futbolçunun müqavilə müddəti 2023-cü il iyunun 30-dək uzadılıb.

bayer

Futbolçu bildirib ki, “Bayer” həmişə məni dəstəkləyib. Ən çətin anlarımda məni tək qoymayıb. Mən özümü “Bayer”də evdəki kimi hiss edirəm. Komandamızın gözəl gələcəyi var və biz birlikdə böyük uğurlara imza ata bilərik.

Edvay “Bayer”ə 2015-ci ildə “Roma”dan keçib. Xorvatiyalı müdafiəçi cari mövsüm Almaniya klubunun heyətində 4 oyunda meydana çıxıb.

Etikxeber.az

Read Previous

Sürüşmə sahəsinin yuxarı hissəsində yeni uçqun və töküntü prosesləri müşahidə olunur – NAZİRLİK – FOTO

Read Next

MMA döyüşçümüz Nəriman Abbasov Moskvada növbəti sınağına çıxacaq – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir