Baykal onun təklifinə “rədd” cavabı verən Güllə bağlı belə dedi: “Namizədlik məsələsində hələ də tam qərarlı deyil”

Məlum olduğuğu kimi, CXP-nin əski genəl başkanı Dəniz Baykal bu günlərdə 2019-cu il prezident seçkilərində  “Namizədimiz CXP-li olmaya bilir. Abdullah Gülün bu məsələdə ismi gələrsə, ciddiyə alaram” demişdi.

Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, D. Baykalın bu sözlərinə-təklifinə sabiq cümhurbaşqanından  cavab gecikmədi.

Belə ki, uzun müddətdən sonra dünən axşam saatlarında səssizliyini pozan  Abdullah Gül “Keçən günlərdə bir siyasətçinin çeşidli şəxsi partiyaiçi hesabları və politikaları çərçivəsində  söylədiyi çeşidli taktiklər, o söhbətlərdə məni də söz konusu etdi. Açıqçası mənimlə bağlı söylənilənləri ciddiyə almadım”– cavabını verdi.

A. Gülün bu sözlərinə D.Baykaldan da dərhal belə bir cavab-açıqlama gəldi.

“Sayın Gülün bu məsələ ilə  son dərəcə qəti qərarlı tutum içində olmadığı ortaya çıxdı“- deyə, D. Baykal bəyan etdi.

Etikxeber.az

Read Previous

“Dialoq Forumu” baş çatdı – FOTO

Read Next

CXP-də şok istefa: Böke sədr müavinliyindən və patiya sözçüsü vəzifəsindən getdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir