Bayrağımız qürur mənbəyimizdir – DEPUTAT

“Inanırıq ki, yaxın gələcəkdə Azərbaycan bayrağı əzəli və əbədi torpaqlarımız olan Şuşada , Xankəndində və digər bölgələrimizdə dalğalanacaq”.

“Azərbaycan Respublikasının Bayrağı Azərbaycanın dövlət rəmzidir. Ölkəmizin üç rəngli bayrağı dövlət rəmzi olaraq 1918-ci il 9 noyabrda qəbul olunub. Uzun müddət Sovetlər Birliyi dövründə bayrağımız dəyişdirilərək yeni ruhda qəbul edilib. Ancaq üç rəngli bayrağımızın dövlət rəmzi kimi bərpası və yüksəldilməsi istiqamətində ilk israrlı, vətənpərvər cəhdlər isə Azərbaycan xalqının böyük oğlu – Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  məhz onun özünün təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyasında Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilib və Azərbaycan SSR Ali Söveti qarşısında üç rəngli bayrağımızın rəsmi dövlət rəmzi kimi tanınması barədə vəsatət qaldırılıb”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, ikinci dəfə üç rəngli bayrağımızın dövlət rəmzi kimi qəbul edilməsi Ümumilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş  Azərbaycan Respublikasının ilk Konstitusiyasında öz əksini tapdı.

“Ümumilli Liderimiz Heydər Əliyevin siyasətini uğurla həyata keçirən möhtərəm prezidentimiz İlham Əliyev Ulu öndərin milli mənafeyə əsaslanan siyasətini də bütün sahələrdə uğurla davam etdirir. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhərində Dövlət Bayrağı meydanının yaradılması xalqımız tərəfindən yüksək qarşılandı. Yaradılmış Dövlət Bayrağı Meydanı bu gün dünyada ən möhtəşəm bayraq meydanlarından biri olmaqla, hündürlüyünə görə Ginnesin rekordlar kitabına daxil olub. Ümumiyyətlə, respublikamızın hər bir guşəsində bayraq meydanı və bayraq muzeyləri təşkil edilib ki, bu da Azərbaycan xalqının üç rəngli bayrağımıza,  qürur yerimizə, dövlət rəmzimizə, milli kimliyimizə olan böyük diqqətindən irəli gəlir.

Bu gün Azərbaycan dövlətinin üç rəngli bayrağı dünyanın hər yerində tanınır, hörmət edilir. Azərbaycan bayrağının daha da yüksəkliklərə qaldırılması hər birimizin vətəndaşlıq borcudur. Son aprel hadılsələrində işğaldan azad olunmuş yüksəkliklərimizdə dövlət bayrağının dalğalanması Azərbaycan ordusunun qələbəsidir. Inanırıq ki, yaxın gələcəkdə Azərbaycan bayrağı əzəli və əbədi torpaqlarımız olan Şuşada , Xankəndində və digər bölgələrimizdə dalğalanacaq”-deyə, millət vəkili daha sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Dövlət başçısını təhqir edənlər cəzalanacaq

Read Next

DİN: 118 nəfərdən ibarət 48 cinayətkar qrup zərərsizləşdirilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir