“Bayrağımız-qürur mənbəyimizdir!” – FOTO – VİDEO

Milli Azərbaycan Tarixi Muzeyində “İnnovativ təşəbbüslər” ictimai birliyinin təşkilatçılığı və Muzeyin dəstəyi ilə Dövlət Bayrağının mənəvi dəyərinin təbliğinə həsr olunmuş “Bayrağımız-qürur mənbəyimizdir!” adlı tədbir keçirilib.

Etikxeber.az xəbər verir ki, tədbirdə “İnnovativ Təşəbbüslər” İctimai Birliyinin sədri Əşrəf Əhmədov, Müdafiə Nazirliyi Mənəvi–Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin dövlət müşaviri Zümrüd Səmədova, Bakı şəhər Təhsil İdarəsinin nümayəndəsi Rövşən Əliyev, Şəhid anası Güldəstə İmamverdiyeva, Qafqaz Tarixi Mərkəzinin direktoru, AMEA-nın İnsan Haqları İnstitutunun elmi işçisi Rizvan Hüseynov, Muzeyin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhman Kərimov, Təhsil Nazirliyinin “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin insan kapitalının idarə edilməsi üzrə koordinator Vüsal Qasımov, QHT rəhbərlərindən Almaz Zeynalova, Mehriban Abdullayeva, Minayə Feyzullayeva, Əməkdar artist Firuzə İbadova, həmçinin şəhər məktəblərinin müəllim və şagird heyəti, media nümayəndələri də iştirak ediblər.

asiya-7

asiya-9

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Dövlət Bayrağının təbliği məqsədilə hazırlanmış sosial video roliklər təqdim edilib. Tədbir ibtidai sinif şagirdlərinin, o cümlədən “Sağlam Təhsil- Sağlam Millət” layihəsi tətbiq edilən siniflərin hazırladığı bədii hissə ilə davam etmişdir. Bədii çıxışdan sonra azyaşlı məktəblilərin “Bayrağa Sədaqət Andı” içmə mərasimi keçirilib. Sonra tədbir iştirakçıları Dövlət Bayrağının tarixi və mənəvi dəyərlərinin təbliğinə həsr olunmuş çıxışlar ediiblər. Bildiriliblər ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.Müstəqil Azərbaycanın Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.

2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu gün bayrağın uşaqlara bu cür təbliğ olunmasının və sevdirilməsinin böyük ictimai və sosial əhəmiyyəti var. Gələcəyimiz olan bu uşaqlar sabah bayrağımızı qoruyacaq, onu ucaldacaq gənclərdir.

Sonda Müdafiə Nazirliyinin nümayəndəsi “Bayrağımız qürur mənbəyimizdir” adlı silsilə tədbirlərdə fəal iştirakına görə İstedadlı şagirdlərə, müəllimlərə, ictimai nümayəndələrə “İnnovativ Təşəbbüslər” ictimai birliyi adından sertifikatlar təqdim edib.

asiya-10

asiya-6

asiya-11

asiya-2

asiya-3

asiya-5

asiya-4

asiya-8

Etikxeber.az

 

Read Previous

Ermənistanın mövqeyi danışıqlarda tərəqqinin əldə edilməsinə maneədir – PREZİDENT

Read Next

Bu, ölkə əhalisinin 6 faizə qədəridir … – KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir