“Bayrağımızı çox sevirdi…Hər yerdə bayrağımızla şəkil çəkdirdirdi…Elə axırda da bayrağa bükülüb qayıtdı…”-3 OKTYABR 2024-CÜ İL TARİXİNDƏ ANIM GÜNÜ OLAN İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, EVİN-AİLƏNİN TƏK VƏ SUBAY OĞLU ELVİN MƏLİKOVUN ANASI İLHAMƏ MƏLİKOVA – FOTOLAR – YENİLƏNİB – (1)

Elvin İlham oğlu Məlikov…

Evin-ailənin tək oğlu…

Cəmi 19 yaşlı İkinci Vətən Müharibəsi Şəhidi…

Qeyd edək ki, Elvin Məlikov 2001-ci ilin mart ayının 20-də, Novruz bayramında Bakı şəhərinin Xətai rayonunda dünyaya gəlib…

Sadə, zəhmətkeş bir ailənin övladı olub…

Evin-ailənin üç övladından biri, iki bacının tək qardaşı idi…

Bacılarından biri hazırda BDU-nun magistraturasında oxuyur, digər isə Qərbi Kaspi Universitetinin tələbəsidir…

2007-2018-ci illərdə Xətai rayonunda yerləşən 24 saylı tam orta məktəbdə oxuyub…

Orta məktəbi müvəffəqiyyətlə bitirib…

Uşaq vaxtlarından, məktəb illəriindən həm də hərb sənətinə marağı olub…

Anası İlhamə xanımın dediklərindən:

“Üşaqlıqdan hərbə çox böyük marağı idi…Ona tez-tez oyuncaq avtomatlar, oyuncaq əsgərlər alırdım…Bir gün avtomatı mənzilimizin eyvanından yerə düşərək qırıldı…Elvin çox ağladı…Tez aşağıya düşüb, avtomatını götürüb, birtəhər düzəldib ona verdim… Həm də bayrağımızı çox sevirdi…Hər yerdə bayrağımızla şəkil çəkdirdirdi…Elə axırda da bayrağa bükülüb qayıtdı (gözləri dolur)…”

2018-ci ildə isə Elvin çox vaxtsız şəkildə atasını itirib…

Həm atasının sağlığında, həm də atasını çox vaxtsız itirəndən sonra işləyib, çalışıb, ailəsinə maddi dəstək olmağa çalışıb…

Gürcüstandakı universitetlərdən birinə qəbul olunsa da, təhsilini davam etdirməyib, 2019-cu ildə həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb…

Əvvəlcə Ağcabədi istiqamətində yerləşən “N” saylı hərbi hissədə qulluq edib, sonra-7 ay isə Cəlilabad rayonunda-Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissəsində xidmət keçib…

Azərbaycan Ordusunun, bir il üç ayın Əsgəri kimi də İkinci Vətən Müharibəsinə qatılıb…

Döyüş yolu cəmi 5 gün çəkib və oktyabrın 1-də Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi iki gün sonra, 3 oktyabr tarixində İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

19 yaşlı Şəhidimiz həm də subay olub.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin İkinci Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarını ailə üzvləri, Şəhid ailələri, din xadimləri, millət vəkili Vüqar RəhimzadəXətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev ziyarət ediblər.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, Quran” oxunub.

Anası İlhamə xanıma və bacılarına Allahdan səbr və dözüm arzulanıb.

Məkanı cənnətlik, ruhu şad olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Şəhidlərimiz Azərbaycan üçün elə bir fədakarlıq etdilər ki, dövlətimiz durduqca, xalqımız, millətimiz var olduqca, onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq”-MİLLƏT VƏKİLİ AZAY QULİYEV BU SÖZLƏRİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, ƏFSANƏVİ XÜSUSİ TƏYİNATLI İBRAHİM SADIQLININ ANIM GÜNÜ MƏRASİMİNDƏ DİLƏ GƏTİRDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

İlham Əliyevlə Mehriban Əliyeva yenidən Cəbrayıl və Zəngilanda-BİR SIRA AÇILIŞ VƏ TƏMƏLATMALARDA – FOTOLAR – YENİLƏNİB – (12)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir