Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
2016-cı il dekabrın 29-dan 2017-cı il yanvarın 4-ü daxil olmaqla yeddi gün ərzində Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarı ilə 19 mindən artıq sərnişin daşınıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Etikxeber.az-a bildirilib ki, bayram günlərində yerli istiqamətdə hərəkət edən sərnişin və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarında 19589 nəfər, Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında 17296 nəfər sərnişin daşınıb.
Həmçinin respublika daxilində sərnişinlərin sayının artdığını nəzərə alaraq, yerli istiqamətdə və Bakı-Tbilisi-Bakı istiqamətində sərnişin sıxlığını aradan qaldırmaq məqsədilə sərnişin qatarlarına əlavə vaqonlar qoşulub.
38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarına sxemdən əlavə 29, yerli istiqamətdə Ağstafa-Qazax-Bakı sərnişin qatarına 15 vaqon, Bakı-Balakən-Bakı sərnişin qatarına 16, Bakı-Astara-Bakı sərnişin qatarına cəmi 2, Bakı-Böyük-Kəsik-Bakı sərnişin qatarına 2 vaqon qoşulub.
Beləliklə, bayram günlərində yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarına və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarına ümumi sxemdən əlavə 64 vaqon qoşulub.
Etikxeber.az