“Bayram Səfərov işinin öhdəsindən gələ bilmirdi və…” – POLİTOLOQ

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbərinin dəyişdirilməsi doğru qərardır.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki,  açıq demək lazımdır ki, Bayram Səfərov bu işin öhdəsindən gələ bilmirdi.

bayram_safarov_150210

“Bu vəzifədə çevik şəxsə ehtiyac var. İcmamızın rəhbəri erməni separatçıları + Ermənistan hakimiyyəti + erməni lobbisi ilə mübarizədə güclü olmalıdır. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri həm açıqlama vermək, həm də üçüncü ölkələrdə ermənilərlə polemika aparmaq bacarığına malik olmalıdır. İcma rəhbərinin rus və ingilis dillərində sərbəst danışması da vacibdir. İcmanın yeni rəhbəri Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev seçilib. İnanmaq istərdim ki, Qarabağın azərbaycanlı icmasının rəhbəri üçün bütün lazım olan keyfiyyətlər Tural Gəncəliyevdə var…”-deyə, politoloq əlavə edib.

Etikxeber.az

Read Previous

“Bəs qalanlar? Onlar niyə danışmır?” – MİLLƏT VƏKİLİ SƏRT DANIŞDI

Read Next

“O, bu ruhla tərbiyə alırdı, bu şeirlərin havasında yetişirdi…” – AKADEMİK – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir