Bayramı, bayramlaşmağı…daha çox Şəhid ailələri Haqq edirlər-KAMİL HƏMZƏOĞLU YAZDI

Bu gün ən çox SEVİNMƏYİ, GÜLMƏYİ…ŞƏHİD AİLƏLƏRİ Haqq edirlər…

Artıq onları NEQATİVLƏRƏ kökləməkdən, AĞLATMAQDAN, SIZLATMAQDAN…əl çəkməliyik…

Onsuz da onların DƏRDLƏRİ özlərinə bəs edir, bizlər də onları artıq əlavə DƏRDLƏRLƏ, NEQATİVLƏRLƏ… yükləməməliyik…

Əksinə, əməllərimizlə, davranışlarımızla onların-ŞƏHİD AİLƏLƏRİNİN təkcə üzlərini deyil, həm də könüllərini, qəlblərini sevindirməli, şadlandırmalıyıq, onları özlərinə qapanmaqdan, acılar içində çırpınmaqdan…uzaqlaşdırmalıyıq…

Deyirlər ki, yolkalar niyə qurulur, niyə bayram edilir…, niyə, niyə, niyə…

Bunu deyənlərin çoxu da Şəhidlərdən və Şəhid ailələrindən mənən, ruhən çox-çox uzaq olanlardır…

Bəli, məhz indi yolkaların qurulması, bəzədilməsi, bayram edilməsi lazımdır…

Təəssüflər olsun ki, uzun illərin zərərli təbliğatı nəticəsində hələ də MƏĞLUBLUQ, MƏĞLUBİYYƏT sindromundan, kompleksindən qurtula bilmirik, bilməmişik…

Əslində torpaqlarımız işğal altında olan illərdə, 1993-2020-ci illərdə (İkinci Vətən Müharibəsinə qədər) təmtəraqlı yolkalar qurulmamalı, aşırı bayram tədbirləri olmamalıydı…

Toylarda şadlıq evlərinin döşəmələrini yox, az qala tavanlarını ayaqlarımızla, ayaqqabılarımızla uçururduq…

Sanki Təbrizi də, Kərkükü də almışdıq, geri qaytarmışdıq… Nə tez unutduq bunları?!

Amma indi bəziləri guya Şəhid ailələrinə canları yanırmış kimi – yolkalar qurulmasın, bayram edilməsin, onların təzə ili, bayramı 2020-ci ildə qaldı kimi….zərərli və zəhərli fikirlər aşılamağa cəhd edirlər… Qəbuledilməz və yolverilməzdir!

Şəhidlərimiz…bizə tarixi QƏLƏBƏ və ZƏFƏR bəxş etdilər…Bunu DƏRK etmək lazımdır…

Odur ki, indi ən çox onların ailələri SEVİNMƏYİ, GÜLMƏYİ, ŞADLANMAĞI Haqq edirlər.

Bu, daha çox onların HAQQIdır.

Sadəcə, aşırılıqdan, qıcıq doğuran addımlardan, davranışlardan uzaq olmalıyıq.

Bir daha qeyd edirəm, onların DƏRDLƏRİ özlərinə yetir, bəs edir, üstəlik biz də onları növbəti NEQATİVLƏRƏ, ACILARA, DƏRDLƏRƏ kökləməyək, kökləməməliyik, Şəhid ailələrinin hissləri ilə oynamayaq, oynamamalıyıq!

Ruhunuz qarşınızda baş əyirəm, Şəhidlərim, qarşınızda baş əyirəm, övladları kimi Qəhrəman Şəhid ailələrim!

Bayramınız, bayramlarınız mübarək olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Dünya azərbaycanlıları həmrəylik gününü-QEYD EDİR

Read Next

İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar-PAYLAŞIM ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir