Bayramovla Çavuşoğlu arasında telefon danışığı-OLDU…

Bu ilin 29 oktyabr tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Etikxeber.az-ın Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumatına görə, nazir Ceyhun Bayramov həmkarına Türkiyə Cümhuriyyətinin qurulmasının 97-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb və qardaş Türkiyəyə davamlı sülh, əminamanlıq və firəvanlıq arzulayıb.

Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. 

Ermənistan tərəfindən mülki şəxslərin xaincəsinə hədəfə alınması və dinc insanlara qarşı növbəti müharibə cinayətlərinin törədilməsinin qəbuledilməz olduğu və bu cinayətlərə görə cavabdeh olan şəxslərin ədalət məhkəməsi qarşısında cavab verməsinin zəruriliyi nazirlər tərəfindən vurğulanıb.

Etikxeber.az

Read Previous

“Azərbaycan, Azərbaycan Ordusu yeni hərb modeli yaradır, yazır…”-JALƏ ƏLİYEVA

Read Next

“Orduya dəstək vermək istəyən hər bir vətəndaş əsgər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla haqq işimizə layiqli töhfəsini verməlidir…Bütün bunları nəzərə alaraq hamı karantin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenasını gözləməlidir”-İLHAM MƏMMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir