“Bayraq yürüşü”nə başlanıldı

Noyabrın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Bayraq yürüşü”nə başlanılıb.

Etikxeber.az xəbər verir ki, 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil Nazirliyinin, nazirliyin tabeliyindəki qurumların əməkdaşları, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rektorları, müəllim, tələbə və şagirdlər iştirak edirlər.

Yürüşün keçirilməsinin əsas məqsədi milli atributlarımızın təbliği, gənclərə vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə çıxış edənlər Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildiriblər.

Tədbirdə Dövlət Bayrağı Gününün geniş qeyd edilməsinin əhəmiyyəti vurğulanıb.

“Bayraq yürüşü” Dənizkənarı Milli Parkdan başlanıb və Dövlət Bayrağı Meydanınadək davam edəcək.

Etikxeber.az

Read Previous

Paytaxtın Əli İsazadə küçəsinin təmiri yekunlaşmaq üzrədir – FOTOLAR

Read Next

Lələtəpə zirvəsinə bayraq yürüşü təşkil olunacaq – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir