“Bazar ertəsi işimin başında olacağam” – SERBİYA PREZİDENTİ

Serbia`s Prime Minister Aleksandar Vucic speaks at the press conference after meeting with European Commissioner for Humanitarian Aid and Crisis Management Christos Stylianides in Belgrade, January, 15. 2016. AFP PHOTO / OLIVER BUNIC

Bir gün əvvəl ürək-damar sistemində yaranan problemlə əlaqədar təcili xəstəxanaya yerləşdirilən Serbiya Prezidenti Aleksandr Vuçiçin vəziyyəti normallaşıb.

Etikxeber.az-ın  xəbərinə görə, bu barədə Prezidenti müayinə edən həkimlər məlumat verib.

Prezident Aleksandr Vuçiç şəxsi “Twitter” səhifəsində xalqına və onun bu vəziyyətindən narahat olanlara təşəkkür edərək bazar ertəsi vəzifə başında olacağını açıqlayıb.

Qeyd edək ki, Serbiyanın dövlət başçısının vəziyyəti noyabrın 15-də qəfildən pisləşmiş və o xəstəxanaya yerləşdirilmişdi.

Aleksandr Vuçiç 49 yaşındadır və 2017-ci ildən Serbiyanın Prezidentidir.

Etikxeber.az

Read Previous

ABŞ-da “Əsrin müqaviləsi”nin yubiley tədbirləri keçiriləcək – TƏDBİRLƏRƏ SƏMƏD SEYİDOV DA QATILACAQ

Read Next

“Belə evlilikmi olar?!” – SƏDAQƏT QƏHRƏMANOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir