Bazarda güclü yanğın – 12 MAĞAZA YANDI – BU DƏFƏ KÜRDƏMİRDƏ

Kürdəmirdə bazarda güclü yanğın baş verib.

Etikxeber.az-ın xəbərinə görə, hadisə rayonun H.Əliyev prospektində yerləşən bazarda qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) öz növbəsində Kürdəmir rayonunda baş vermiş yanğın barədə məlumat yayıb.

Qeyd olunur ki, hadisə zamanı ümumi sahəsi 12350 m² olan Bazar MMC-nin ərazisində 800 m² sahədə 12 mağaza yanıb.

11550 m² ərazi və 170 mağaza yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Etikxeber.az

Read Previous

Bir milyon insan təxliyə edilir – “DORİAN”A GÖRƏ

Read Next

“Heydər Əliyev qayıdıb deyir ki…” – FİKRƏT VERDİYEV – BU GÜN USTAD TARZƏNİN DOĞUM GÜNÜDÜR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir