Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycanda bazarların bölgüsünə dair prinsiplər müəyyənləşib.
Etikxeber.az məlumat verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.
Qərarla Qaydalara yeni bölmə daxil edilib. Bölmədə qeyd olunub ki, bazar müəyyən ərazidə daimi fəaliyyət göstərən, malların satışı və xidmətlərin göstərilməsi üçün ayrılmış ticarət yerlərinə malik əmlak kompleksidir. Topdansatış bazarı ticarət yerlərinin 80 faizdən çoxunu topdansatış yerləri, pərakəndə satış bazarı ticarət yerlərinin 80 faizdən çoxunu pərakəndə satış yerləri, kənd təsərrüfatı məhsulları bazarı ticarət yerlərinin 80 faizdən çoxu kənd təsərrüfatı məhsullarının satışına ayrılmış ixtisaslaşdırılmış bazarlardır. Pərakəndə satış bazarları, kənd təsərrüfatı məhsulları bazarları, yaşıl marketlər, fermer mağazaları və yarmarkalar pərakəndə satış obyektləri kateqoriyasına daxil edilib.
Qərara əsasən, yaşıl market və fermer mağazalarına dair tələblər də müəyyənləşdirilib. Yaşıl market yalnız bitkilərin, bitkiçilik məhsullarının və heyvan mənşəli məhsulların satışını həyata keçirən ticarət obyektidir. Yaşıl marketlər əlavə olaraq anbar, laboratoriya, avtopark kimi infrastruktura və sertifikatlaşdırılmış ekoloji təmiz kənd təsərrüfatı məhsullarının satışı üçün xüsusi bölmələrə malik olmalıdır. Fermer mağazası yerli fermer, ailə kəndli və ev təsərrüfatları tərəfindən istehsal olunmuş məhsulların satışının həyata keçirildiyi ixtisaslaşdırılmış ticarət obyekti (mağaza) sayılır. Fermer mağazalarının lövhələrində əlavə olaraq, xüsusi tanıdıcı və fərqləndirici loqotip yerləşdirilməlidir.
Etikxeber.az