BDU-da əmək haqları artırıldı – 3 MİNDƏN ÇOX ƏMƏKDAŞA ŞAMİL OLUNACAQ

Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib.

Etikxeber.az BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimovaya istinadən xəbər verir ki, iclasda rektor Elçin Babayev çıxış edərək son illərdə ölkədə aparılan sosial layihələrdən, Prezident İlham Əliyevin əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində apardığı işlərdən danışıb, dövlət başçısı tərəfindən davamlı olaraq həyata keçirilən genişmiqyaslı tədbirlərin növbəti mərhələsi kimi dövlət büdcəsindən maliyələşən müəssisələrdə minimum əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılmasını uğurlu sosial siyasətin göstəricisi kimi qiymətləndirib.

“İclasda Azərbaycan dövlətinin sosial siyasətini rəhbər tutaraq əməkdaşların maddi rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə BDU əməkdaşlarının, o cümlədən “Gənc istedadlar” liseyi kollektivinin əmək haqqının sentyabr ayının 1-dən hesablanmaqla orta hesabla 20 (iyirmi) faiz artırılması haqqında qərar qəbul edilib.

Artım ümumilikdə universitetin 3000-dən çox əməkdaşına şamil olunub”-deyə, o, sonra qeyd edib.

Etikxeber.az

Read Previous

“Mövqeyimizi ortaya qoymalıyıq” – ELDAR İBRAHİMOVDAN HƏMKARLARINA VƏ YAP-ÇILARA ÇAĞIRIŞ

Read Next

“Gənclərə yol vermək lazımdır, Geologiya İnstitutuna direktor gedirəm” – 85 YAŞLI AKİF ƏLİZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir