BDU-nun itkin düşən tələbəsinin dənizdə meyiti tapıldı-FHN MƏLUMAT YAYDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkın ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) aşkar edilən kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Etikxeber.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 2003-cü il təvəllüdlü Qənbərli İlkin Emil oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, İ. Qənbərli Bakı Dövlət Universiteti Geologiya fakültəsinin tələbəsi olub.

O, martın 1-də evdən çıxıb və geri qayıtmayıb.

Etikxeber.az

Read Previous

Martın 30-dək hava-KÜLƏKLİ OLACAQ

Read Next

55 yeni yoluxma-2 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir