BDU-nun məzunu Cənubi Asiya Televiziyasının-QONAĞI OLDU – FOTO-VİDEO

Hüquqşünas, Bakı Dövlət Universiteti və Çin Xalq Universitetinin hüquq fakültəsinin məzunu Fərahim Hüseynzadə Pakistanın məşhur jurnalisti və kinorejissoru Mübaşir Lukmanın aparıcısı olduğu və Cənubi Asiya Televiziyasında yayımlanan proqramda qonaq olub.

Etikxeber.az-a daxil olan məlumata görə, Dağlıq Qarabağ münaqişəsinin tarixi, konfliktin hazırki durumu, Ermənistanın Gəncə şəhərində mülki əhaliyə qarşı törətdiyi hərbi cinayət və “humanitar atəşkəs” rejiminin pozulmasının səbəbləri barədə danışan F. Hüseynzadə sonda dünya ictimaiyyətinin və beynəlxalq media qurumlarının Azərbaycanın haqq mübarizəsinə dəstək olmasının zəruri olduğunu, bu anlamda Pakistan dövlətinə və xalqına minnətdarlığını bildirib. 

Qeyd edək ki, proqram 2 milyona yaxın izləyiciyə, proqramın aparıcısı olan M.Lukman isə “Twitter” sosial şəbəkəsində 5.5 milyon izləyiciyə sahib olmaqla mövzunun işiqlandırılmasında böyük əhəmiyyət daşıyır.

Etikxeber.az

Read Previous

Bəzi şəhər və rayonlarda xüsusi karantin rejimində həftəsonu ictimai nəqliyyat-İŞLƏMƏYƏCƏK VƏ… – YENİLƏNİB

Read Next

Deputat Gəncə faciəsi zamanı evləri ciddi ziyan görən sakinlərlə-SÖHBƏTLƏŞDİ VƏ…- FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir