“Belə bir görüşün keçirilməsində ehtiyac yoxdur…” – PƏRVİZ ŞAHBAZOV

Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC+ üzrə nazirlərin təcili toplantısının keçirilməsini istisna edir.

Etikxeber.az-ın  məlumatına görə, bu barədə Azərbaycanın Energetika naziri Pərviz Şahbazov YAP-ın qərargahında keçirilən mətbuat konfrans zamanı bildirib.

Onun sözlərinə görə, bu yaxınlarda Səudiyyə Ərəbistanın neft obyektlərinə edilən hücumlar ümumi dünya bazarlarında neftə olan qiymətlərə böyük təsir göstərməyib.

İnsidentdən sonra bir neçə gün neft bazarında qeyri-stabillik yer alsa da, hazırda vəziyyət normallaşıb.

P. Şahbazovun sözlərinə görə, o, OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo ilə telefonla danışıqlar aparıb və tərəflər hazırda neft bazarında olan vəziyyəti müzakirə edib.

“Hazırda belə bir görüşün keçirilməsində ehtiyac yoxdur. Neft bazarında vəziyyət stabildir, qiymətlər da sabitləşir”-deyə, nazir sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Millimiz 1191 xalla 109-cu pillədə…

Read Next

“Azərbaycandan sizin ölkənizə, sizdən isə bizə ixrac artır…” – PREZİDENT – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir