“Belə bir plan var…” – NOVRUZ MƏMMƏDOV

“Hazırda Avropa İttifaqı, Avropa dövlətləri öz başının hayına qalıb”.

Etikxeber.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici Əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov deyib. O, bir müddət əvvəl “Brexit”in baş verdiyini xatırladıb: “Sanki böyük gəmiyə elə zərbə dəydi ki, ordan-burdan içəriyə su girir. Lakin Azərbaycanın daxili və xarici siyasət kursunun təməli güclüdür. Biz mürəkkəb regionda yerləşirik, amma bütün vektorlar üzrə əlaqələr qurmağı, saxlamağı bacarmışıq. AVRONEST məsələsində olduğu kimi, lazım olanda Avropa İttifaqına sözümüzü deyirik. AVRONEST məsələsindən sonra gəldilər, danışdıq. Dedik, yaxşı, işləməyə başlayırıq. AP ilə də həmçinin, problem olandan sonra dedik siz öz işinizlə məşğul olun, biz öz işimizlə məşğul olaq. Bizim ən əsas istədiyimiz Qarabağdır. Onlara dedik ki, ədalətli mövqe göstərməlisiniz. Bizim onlarla apardığımız danışıqların əsas mahiyyəti budur ki, biz sizin əlinizdə oyuncaq dövlət olmayacağıq. Sizin məqsədiniz isə budur ki, belə edəsiniz. Biz sizlə özəl əməkdaşlıq qurmuşuq və davam etmək istəyirik. Siz də istəyirsinizsə, davam edək, istəmirsinizsə, qalsın. Avropada Azərbaycanın ərazi bütövlüyünə şübhə ilə yanaşan dövlətlər var. Biz bunu qəbul etmədik. Bütün sənədlərdə Azərbaycanın ərazi bütövlüyü öz əksini tapmalıdır. İndi Avropa İttifaqı ilə strateji tərəfdaşlığa dair təklif vermişik. Bununla bağlı mandat ilin sonuna kimi verilə bilər. Belə bir plan var”. 

Etikxeber.az

Read Previous

Prezident Füzulidədir – Ön xətdə əməliyyat şəraiti ilə tanış oldu – FOTOLAR -YENİLƏNİB

Read Next

Statistika Komitəsi: Avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,8 faiz artıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir