“Belə bir səhvə yol verilməsinə görə çox məyusam…Paylaşımın Azərbaycanda bəzi insanlarda yaratdığı yanlış təəssürata görə səmimi-qəlbdən üzr istəyirəm…”-ALMANİYA PREZİDENT ADMİNİSTRASİYASI AZƏRBAYCANDAN ÜZR İSTƏDİ

Almaniya Prezidentinin sosial media profilində artıq keçmişin qalığı olan qondarma rejimin bayrağının yerləşdirilməsi və onun altında yazılan mətn Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub.

Dərhal iki ölkənin Prezident administrasiyaları və Xarici İşlər nazirlikləri arasında təmaslar başlayıb.

Almaniya tərəfi bu postun səhvən yerləşdirildiyini etiraf edərək onu dərhal çıxarıb.

Almaniya Prezidenti Administrasiyasının rəhbəri adından ünvanlanmış məktubda baş vermiş bu hadisəyə görə üzrxahlıq ifadə olunaraq, məktubun mediaya verilməsinə razılıq bildirilib.

Etikxeber.az məktubu və onun Azərbaycan dilində tərcüməsini təqdim edir.

Almaniya Federativ Respublikasının

Prezidenti Administrasiyasının rəhbəri

Dövlət katibi Dörte Dinger

31 mart 2025-ci il

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevə

Hörmətli Hikmət Hacıyev.

Federal Prezidentin sosial media hesabında qısa müddət ərzində Azərbaycanın bir regionuna aid bayrağın yanlış təsviri və onunla bağlı mətn dərc olunub. Səhv aşkar edildikdən sonra paylaşım dərhal silinib.

Bu paylaşım texniki səhv səbəbindən dərc edilib və Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə dair məlum mövqeyi ilə bağlı heç bir məna kəsb etmir.

Belə bir səhvə yol verilməsinə görə çox məyusam. Paylaşımın Azərbaycanda bəzi insanlarda yaratdığı yanlış təəssürata görə səmimi-qəlbdən üzr istəyirəm.

Federal Prezidentin qarşıdan gələn səfəri Azərbaycan-Almaniya tərəfdaşlığını möhkəmləndirmək və regionda davam edən sülh prosesinə dəstək vermək məqsədi daşıyır.

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsi Şəhidləri Fizuli Əliyev, İsmayıl Qasımov, Yusif Budaqov-RAMAZAN BAYRAMINDA HƏR ÜÇ ŞƏHİDİN AİLƏSİ VƏTƏNSEVƏR ZİYALILARLA “KÖMƏK EDƏN ƏLLƏR” AKSİYASI ÇƏRÇİVƏSİNDƏ ZİYARƏT OLUNDU… – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

“Bir gün bacısına deyib ki, “posılka” gəlsə, hansı ünvana gəlsin…Bacısı da soruşub ki, ay İsmayıl, nə “posılka”, müharibədə “posılka” olur? O da qayıdıb gülə-gülə deyib ki, bayraqlı “posılka”nı deyirəm də…”-EVİN-AİLƏNİN TƏK OĞLU, BİR ÖVLAD ATASI, İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ İSMAYIL QASIMOVUN ANASI MAHİRƏ NƏZƏRLİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir