Belə “məxluqlar”ın nə bu dünyada, nə o dünyada yeri var… – MİLLƏT VƏKİLİ

Azərbaycanda da pedofillər xədim edilə bilərmi?

Millət vəkilləri bunu istisana etmirlər

Türkiyədə təcavüz edən cinayətkarlar, xüsusilə pedofillər xədim ediləcək.

Etikxeber.az xəbər verir ki, bununla bağlı Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ məlumat verib.

pedo

O, bildirib ki, bundan sonra cinsi təcavüz edən şəxslərin xədim edilməsi üçün qanun layihəsinin qəbul edilməsi artıq ciddi şəkildə düşünülməlidir. “Bu günə qədər müxtəlif tədbirlər gördük. Qarşıdakı zamanda bunları yenidən nəzərdən keçirəcəyik və cəzaları ağırlaşdıracağıq. Kimyəvi xədim üsulu da icra ediləcək”-deyə, B.Bozdağ sözlərinə əlavə edib.

Qeyd edək ki, bununla bağlı Azərbaycan cəmiyyətində də səsləndirilib. Konkret olaraq, millət vəkili Qüdrət Həsənquliyev illər öncə bir neçə dəfə mətbuatda və parlamentdə çıxışları zamanı bu məsələni dilə gətirib, pedofillərin, qadınlara, gənc qızlara qarşı cinsi zorakılıq kimi ağır cinayətləri törədənlərin məhz cərrahi əməliyyat yolu ilə xədim edilməsi təklifini irəli sürüb. O, bu məqsədlə cinayət qanunvericiliyinə xüsusi bir maddənin əlavə olunmasını təklif edib. Millət vəlilinin təklifini təqdir edənlər də, əleyhinə çıxanlar da olub. Amma hələlik qanunvericilik səviyyəsində hələ ki, bu yöndə addım atılmayıb.

Bəs görəsən, Türkiyədə xədimlik məsələsi rəsmiləşdirilərsə, Azərbaycanda da bu yöndə addım atıla, Q. Həsənquliyevin təklifinə qayıdıla bilərmi?

azer-badamov

Millət vəkili Azər Badamov saytımıza açıqlamasında bu məsələni istisna etməyib və pedofillərin cəzalandırılmasının bu yolunun daha məqbul olduğunun söyləyib:

“Pedofillər, psixi cəhətdən qeyri-normal insanlar cəmiyyət üçün çox böyük təhlükədir. Düzdür, onlarla bağlı qanunvericilikdə sərt cəzalar var, amma hesab edirəm ki, bunlar tam yetərli deyil. Onlar 5 il, 10 il həbs cəzası çəkilirlər, çıxırlar, yenə də öz əməllərindən geri qalmayanları, onlardan ibrət almayanları tapılır.Ona görə də onların bütün fiziki imkanlarının məhdudlasdırılmasının tərəfdarıyam. Əgər qardaş Türkiyədə pedofillərin kimyəvi xədim edilməsi ilə baglı qanunun qəbulu təklif olunursa, bunu çox doğru və yaxşı hal hesab edirəm. Belə bir qanun bizim Milli Məclisdə də gündəmə gətirilərsə və müzakirələrə çıxarılarsa, təbii ki, mən onu birmənalı şəkildə dəstəkləyəcəm. Törədiləcək hər bir cinayəti qabaqlamaq mümkündürsə, onun yollarını tapıb, tədbir görülməlidir. Əgər bizdə də belə bir qanun qəbul olunarsa, o zaman pedofilizm təhlükəsi azalmış olar”.

eldeniz-eldeniz

Digər millət vəkili Eldəniz Səlimov da pedofillərə qarşı mübarizədə Türkiyədə atılması nəzərdə tutulan addımları dəstəklədiyini, bu istiqamətdə hələ bir qədər də gecikildiyini və Azərbaycanda da belə bir variantının tətbiqinin gərəkdiyini vurğulayıb:

“Türkiyədə 8 yaşlı qızla bağlı hadisə dolmuş bardağı sözün əsl mənasında daşırdı, bütün Türkiyə cəmiyyətini yerindən oynatdı, ayağa qaldırdı. Başqa cür də ola bilməzdi, insan olan kəs buna səssiz, seyrçi qala bilməzdi. Doğrudan da, belə bir insanlıqdan kənar addıma əl atılması, 8 yaşlı, o cümlədən, onun kimi, neçə-neçə qız və bəzən də oğlan uşaqlarının zorlanması, sonradan vəhşicəsinə öldürülməsi dəhşətli bir mənzəridir, sözün bitdiyi yerdir. Belə “insanlar”ın, daha doğrusu, “məxluqlar”ın nə bu dünyada, nə o dünyada yeri var. Onlar cəhənnəmlikdir. Onlara qarşı hansı sərtləşdirici addım atılsa belə, yenə də azdır. Çünki danışdıqca, belə şeyləri gördükdə, izlədikcə insanın qanın donur, bir anlıq, insanlığa belə nifrət edirsən. Odur ki, istər Türkiyədə, istərsə də Azərbaycanda belə alçağlığa, şərəfsizliyə yol verən adamlarla bağlı bütün sərt tədbirlər görülməlidir, hətta, xədimlik məsələsi belə qanunla rəsmiləşdirilməidir. Qoy, bu, başqalarına da dərs, ibrət olsun. Əgər belə bir məsələ bizim parlamentə də təqdim olunarsa, onu ilk dəstəkləyənlərdən olacam”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Qeyri-formal məşğulluq mövcuddur, nə edəsən ki, hələ də qaçılmazdır” – RƏCƏBLİ

Read Next

Bir il gecikən təbrik – yazı (status)…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir