Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Sumqayıtda baş verən dəhşətli faciə hamımızı sarsıdıb. 6 nəfər gəncimizi itirmişik, bəziləri ağır olmaqla 20 yaralımız var. Bu qəzanın uzun illər ölkəmizin nəqliyyat sektorunda mövcud olan məsuliyyətsizliyin, səriştəsizliyin və korrupsiyanın nəticəsi olmasına şübhəm yoxdur. Təcrübəsiz, səriştəsiz sürücüyə ictimai nəqliyyat həvalə edərlərmi?! 16 nəfərlik mikroavtobusdan 5 ölü və 21 yaralı necə necə çıxa bilər?! Evinin qarşısındakı marketdən çörək aldığı beş dəqiqə ərzində vətəndaşın maşınını evakuatorla aparan yol polisi magistral yolda təhlükə yaradan KAMAZ maşınını bir gün ərzində necə görməyə bilərdi?!”
Etikxeber.az xəbər verir ki, bunu sabiq deputat Gültəkin Hacıbəyli öz “Facebook” statusunda qeyd edib.
“ Hansı birimiz küçələrdə yüksək sürət və qaydasız idarəetmə ilə tez-tez qəza vəziyyəti yaradan ictimai nəqliyyat vasitələri sürücülərindən dəfələrlə giley, şikayət eşitməmişik?! Bir ölçü götürən, nəticə çıxaran oldumu?! Bir dövlət orqanının adekvat reaksiyasını gördükmü?! Xeyr!”-deyən millət vəkili qeyd edib ki, bədəlini Sumqayıtda nakam gənclərimiz və onların həyatları sönmüş valideynləri ödədi.
“Amma belə olmaya da bilərdi.
Amma belə olmamalı idi
Allah faciə qurbanlarına rəhmət eləsin!
Yaralılara Allahdan şəfa diləyirəm”-deyə, o, daha sonra qeyd edib.
Etikxeber.az





