Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İndiyədək belə qənaətə gəlirəm ki, səsləndirilən problemlər tək mənim seçki dairəmdə mövcud deyil. Milli Məclisin növbəti plenar iclaslarında ilk fürsətdə kütləvi narahatçılıq yaradan məsələləri səsləndirəcəyəm.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Nurlan Həsənov deyib.
“Dünən və bugün seçki dairəmə aid olan Zəyəm qəsəbəsi, Düyərli, Bayramlı, Sabirkənd, Çaparlı, Zəyəm Cırdaxan, Ələsgərli, Çənlibel, Qasımalılar, Şeyidlər və Sarıtəpə kəndlərində yardıma ehtiyacı olan 100 az təminatlı ailəyə, şəhid ailələrinə əlimdən gəldiyi qədər ərzaq yardımı göstəririk. Yardım bugündə davam edir və çalışıram ki, seçki dairəmə aid kəndlərdə həqiqətən ehtiyac içində olanlara ərzaq çatdırılsın. Çətin günlərdən keçdiyimiz bu dönəmdə ehtiyacı olanlara, şəhid ailələrinə, müharibə əlillərinə, tək yaşayan yaşlı vətəndaşlarımıza əlimizdən gəldiyi qədər kömək etməyə çalışaq”-deyən millət vəkili bildirib ki, yalnız birlik və həmrəy ola bilsək, çətinliklərin öhdəsindən gələ biləcəyik.
“Koronavirusla əlaqədar tətbiq olunan karantin rejimi ilə bağlı seçki dairəmə gedə bilməsəmdə, onlayn qəbullar keçirirəm, daim kəndlərdə olan seçicilərimlə birbaşa şəxsən əlaqədəyəm və hər gün seçicilərimdən çox saylı müraciətlər daxil olur. Hələlik problemləri ümumiləşdirirəm, araşdırmağa çalışıram. İndiyədək belə qənaətə gəlirəm ki, səsləndirilən problemlər tək mənim seçki dairəmdə mövcud deyil. Milli Məclisin növbəti plenar iclaslarında ilk fürsətdə kütləvi narahatçılıq yaradan məsələləri səsləndirəcəyəm”-deyə, o, əlavə edib.

Etikxeber.az





