Bela Partokun anadan olmasının 135 illiyi qeyd olunacaq

Noyabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dünya şöhrətli macarıstanlı bəstəkar Bela Partokun anadan olmasının 135 illiyinə həsr olunmuş tədbir təşkil olunacaq.

Etikxeber.az xəbər verir ki, tədbir Macarıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə bəstəkarın həyat və yaradıcılığı ilə yanaşı, onun dünya musiqi tarixindəki xidmətlərindən danışılacaq. Gecədə Xalq Artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri konsert proqramı ilə çıxış edəcək.

Konsertdə bəstəkarın musiqi əsərlərindən ibarət kompozisiyalar səsləndiriləcək.

Etikxeber.az

Read Previous

Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi başa çatdırılıb – “Azəravtoyol”

Read Next

“Qarabağ” səfərdə “PAOK”u məğlub etdi – qrupda ikinci pilləyə yüksəldi – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir