Belarus da Ukraynaya-QOŞUN YERİTDİ – YENİLƏNİB – (1)

Ukraynanın sərhədə yaxın bir neçə zenit və raket diviziyası Belarusda yerləşən Rusiya qoşunlarına zərbələr endirməyə hazırlaşırdı.

Etikxeber.az-ın xəbərinə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının geniş iclasında deyib.

“Kəşfiyyatımız və rusiyalılar Ukrayna ərazisində sərhədin bilavasitə yaxınlığında bir neçə zenit-raket diviziyasının Belarus ərazisində olan Rusiya qoşunlarına zərbələr endirməyə hazır olduqlarını aşkar ediblər. Rusiya tərəfindən əməliyyat keçirmək qərarının elan edilməsi ilə eyni vaxtda öz itkilərinin və Belarusa təsirinin qarşısını almaq üçün bu ağır silahlara, mövqelərə qabaqlayıcı zərbə endirilib”– deyə, Belarus Prezidenti vurğulayıb.

O, əlavə edib ki, Ukraynada Rusiyanın xüsusi əməliyyatını həyata keçirmək üçün Belarusda yerləşən qüvvələrdən istifadə edilməsi planlaşdırılıb:

“Təbii ki, Belarus ərazisində qalan qoşunlardan istifadə edilməli idi. Bu barədə mənə fevralın 24-də səhər saat 5-də məlumat verilib”.

***

Belarus qoşunları Çerniqova daxil olub.

Bu barədə isə Ukrayna Ali Radasının “Twitter” hesabında bildirilib.

Ukraynanın Xüsusi Kommunikasiya və İnformasiya Mühafizəsi Dövlət Xidməti bu barədə məlumatın Ukrayna müdafiə qüvvələrinin regional departamentinin nümayəndəsi Vitali Kirillov tərəfindən təsdiqləndiyini bildirib.

“Belarus müharibəyə qoşulub. Belarus qoşunları Çerniqov rayonuna daxil olub”-deyə, məlumatda qeyd olunub.

Slabin, Pakul kəndlərinin və Mixaylo-Kotsyubinski qəsəbəsinin sakinləri üzərində ağ dairə çəkilmiş hərbi texnikanın hərəkət etməsi barəsində məlumat veriblər.

Hərbi texnikaların hərəkəti zamanı ərazidə mobil rabitə əlaqəsi pozulub.

Mixaylo-Kotsyubinski qəsəbəsinin sakinlərinin məlumatına görə, Slabin və Pakul istiqamətində hərəkət edən 11-i “Qrad” sistemi olmaqla 33 hərbi texnikadan ibarət Belarus hərbi kolonu yerli vaxtla 11:30-da ərazidən keçib.

***

“Belarus Ukrayna ilə sərhəddə əlavə 10 batalyon yerləşdirir”.

Bu barədə də Prezident Aleksandr Lukaşenko açıqlama verib.

“İstənilən təxribatın qarşısını almaq üçün Belarusun cənub sərhədlərinə 10 taktiki manevr batalyonu yerləşdirəcəyik”– deyə, Lukaşenko qeyd edib.

Etikxeber.az

Read Previous

“Rusiyaya qarşı sanksiyaları artırmaq və gücləndirməyə hazır olmaq lazımdır”-BORİS CONSON

Read Next

“Gerçək avropalı olduğumuzu görürsünüz…Bizə yardım edin!”-ZELENSKİNİN MÜRACİƏTİ AVROPARLAMENTARİLƏR TƏRƏFİNDƏN AYAQÜSTƏ VƏ ALQIŞLARLA QARŞILANDI, TƏRCÜMƏÇİ GÖZ YAŞLARINI SAXLAYA BİLMƏDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir