Belarusun Qarabağ məsələsində Azərbaycanı dəstəkləməsi önəmlidir – DEPUTAT

Ölkə prezidenti cənab İlham Əliyevin daha bir uğurlu və önəmli xarici səfərini gerçəkləşdirdi.  Dost və belə demək mümkünsə, strateji müttəfiq ölkə olan Belarusa işgüzar səfəri iki ölkə arasındakı münasibətləri daha da dərinləşdirəcək, əməkdaşılığı, tərəfdaşlığı daha da gücləndirəcək və sürətləndirəcək. Bundan qazanan, uduş əldə edən xalqlarımız və dövlətlərimiz olacaq.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvü Eldəniz Səlimov deyib.

ilham-2

ilham-3

“Uzun illərdir Azərbaycanla Belarus Respublikası arasındakı işgüzar və dostluq münasibətləri qarşılıqlı olaraq investorların cəlb olunmasına gətirib çıxardı. Hazırda da bütün sahələr üzrə qarşılıqlı iqtisadi münasibət davam etdirilir. Artıq Gəncə şəhərində Belarus Traktor Zavodu ilə birgə traktor istehsalına başlanılıb. Bu faktın özü, iki ölkə arasında iqtisadi münasibətlərin bundan sonra da inkişaf edəcəyini göstərir”-deyən millət vəkilinin sözlərinə görə, konkret olaraq, Gəncə avtomobil zavodunda 11 il ərzində artıq 10 mindən çox “Belarus” traktoru və onların bazasında xüsusi texnika yığılıb. Müəssisə, həmçinin 3500-dən çox MAZ avtomobili və qoşqular buraxıb:

“Bu məqamı prezidentlərin mətbuata bəyanatında Belarus prezidenti Aleksandr Lukaşenko da xüsusilə vurğuladı və  “məmnuniyyətlə öyrəndim ki, sizin aldığınız Amerika və alman taxılyığan kombaynları ilə yanaşı, Azərbaycana Belarusun ilk “Qomselmaş”ı da gəlib”-deyə, bildirdi. O, həmçinin sözlərinə davam edərək bildirdi ki, bu, qarşılıqlı səmərəli əməkdaşlığın əla nümunəsidir.

Yeri gəlmişkən, lokallaşma artıq demək olar ki, yarıya çatıb. Bu, Azərbaycan sənayesinin böyük imkanlarından və onun yüksək kadr potensialından aydın xəbər verir. Amma məhsul nə qədər keyfiyyətli olsa da, onu səmərəli satmaq, həm də yaxşı olar ki, ixrac etmək lazımdır”– deyən, cənab Lukaşenko onu da da qeyd etdi ki, buna görə Minsk traktor zavodu və Gəncə avtomobil zavodu hazırda Türkiyədə traktorların yığılması ilə bağlı bizim ümumi layihə üzərində işləyir.

“Biz bu mühüm perspektivli istiqaməti inkişaf etdirəcəyik və bu, Azərbaycan Prezidentinin mövqeyi sayəsində mümkün olub”-deyərək, o, daha sonra bəyan etdi. Bu məqamın, faktın özü iki ölkə arasındakı münasibətlərin hansı yüksək səviyyədə olmasından xəbər verir“.

ilham-1

eldeniz-eldeniz

Səfər zamanı Azərbaycanın ağrılı problemi olan Qarabağ problemi ilə də bağlı müzakirələrin aparıldığını, Belarusun daim Azərbaycanın mövqeyini dəstəklədiyini söyləyən millət vəkili bildirib ki, Azərbaycan prezidenti mətbuata bəyanatında bir daha bu məsələnin üzərinə qayıdıb.

“Cənab prezident bəyanatında “Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə əlaqədar məsələlər üzrə Belarusun mövqeyinə görə həm öz adımdan, həm də Azərbaycan xalqı adından xüsusi minnətdarlığımı bildirmək istərdim”-deyərək,  bildirdi və əlavə etdi ki,  Birgə Bəyanatda vurğular dəqiq qoyulub və deyilir ki, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir.

Azərbaycan lideri “Biz Belarusa həm bizim, həm də bütün region üçün son dərəcə mühüm olan məsələdə belə obyektiv mövqeyinə görə minnətdarıq”-deyərək, fikirlərini tamamladı. Hesab edirəm ki, həqiqətən də, Belarus kimi bir ölkənin Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi çox mühüm hadisədir və diplomatiyamızın uğurdur. Qarabağ məsələsi ilə bağlı belə ədalətli və açıq mövqenin ortaya qoyulması çox vacibdir və münaqişənin obyektiv həlli baxımından çox önəmlidir.

Yəni, Qarabağ məsələsində nə qədər çox dəstək qazansaq, bir o qədər münaqişənin həllinə yaxınlaşmış olarıq. Çünki artıq xalqımızın səbri qalmayıb. Bütövlükdə Azərbaycan cəmiyyəti münaqişənin ədalətli həll olunacağı günü gözləyir.Azərbaycan dövləti, ölkə başçısı da var gücü ilə bu istiqamətdə çalışır və inanıram, qəti əminəm ki, bunlar da öz bəhrəsini, nəticəsini verəcək, işğal altındakı torpaqlarımız azad olunacaq, Azərbaycan dövlətinin suverenliyi onun bütün ərazilərində bərqərar ediləcək”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

Etikxeber.az

 

Read Previous

“Barsa” Osman Dembeleyə ultimatum verdi…

Read Next

Moskvada “Nəsiminin mənəvi irsi orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində” mövzusunda konfrans açıldı – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir