Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ölkə Prezidenti İlham Əliyev Millət vəkili, filologiya elmləri doktoru, professor Jalə Fazil qızı Əliyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Jalə Fazil qızı Əliyeva “Şöhrət” ordeni ilə təltif edilsin.
Qeyd edək ki, bu gün 5 oktyabr 1966-cı il təvəllüdlü, bir övlad anası Jalə Əliyevanın yubiley doğum günüdür.
Onu da qeyd edək ki, Jalə Əliyeva 2005-ci ildən bu yana beş çağırış Milli Məclisin üzvüdür.


Etikxeber.az





