“Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin etdi”-İLHAM ƏLİYEV

Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin etmişdir.

Etikxeber.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Naxçıvanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib.

“Əgər 3 il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu ilin aprelin 23-də ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə – Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd buraxılış məntəqəsini qoymaqla – 5 gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik. 24 saatdan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi”, – dövlət başçısı deyib.

Etikxeber.az

Read Previous

Goranboylu Şəhid bacısı ilə hərbçi-AİLƏ HƏYATI QURDU, GÖZƏL BİR TOY MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB

Read Next

“Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin Qazilərlə bağlı təşkil etdiyi növbəti dördüncü-sonuncu tədbir-QUBA RAYONUNDA DÜZƏNLƏNDİ – QUBALI VƏ QUSARLI QAZİLƏR PROBLEMLƏRDƏN, ONLARI NARAHAT EDƏN MƏSƏLƏLƏRDƏN SÖZ AÇDILAR – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir