“Beşiktaş”dan növbəti transfer – PEREYRA

İstanbulun “Beşiktaş” futbol klubu növbəti transferini reallaşdırıb.

Etikxeber.az  xəbər verir ki, İstanbul təmsilçisi 28 yaşlı braziliyalı müdafiəçi Duqlas Pereyra ilə üç illik müqavilə imzalayıb.

Futbolçunun yeni klubunda illik gəliri 800 min avro olacaq.

D.Pereyranın “Barselona” klubu ilə müqaviləsinin müddəti başa çatdığı üçün o, İstanbul təmsilçisinə azad agent kimi transfer edilib.

Braziliyalı müdafiəçi “Barselona”, “Sportinq Xixon” və “Benfika” klublarında da forma geyinib.

Etikxeber.az

Read Previous

“Su zarafatı və ehtiyatsızlığı bağışlamır” – DEPUTAT GƏNCLƏRƏ ÇAĞIRIŞ ETDİ

Read Next

“Dinamo”-“Qəbələ” matçının hakimləri açıqlandı VƏ YA “ARSENAL”I NƏ QƏDƏR AZARKEŞ DƏSTƏKLƏYƏCƏK?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir