“Beşiktaş”ın Azərbaycanda özəl oyunu olacaq – Fikrət Orman

Türkiyə çempionu “Beşiktaş” Azərbaycana gələcək.

Etikxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə komandanın prezidenti Fikrət Orman məlumat verib.

İstanbulda baş verən terrorla əlaqədar “Bursaspor”un rəhbəri Ali Ay televiziya verilişlərinin birinə zəng edərək, “Beşiktaş” klubuna maraqlı təklif irəli sürüb. O, iki komanda arasında xeyriyyə matçının keçirilməsini və oyundan gələcək gəlirin şəhid ailələrinə verilməsini təklif edib:

“Rəqabət meydanda olur, kənarda isə qardaşlıq hökm sürməlidi. Hamımız bu Vətənin övladıyıq. Fikrət Ormanla görüşümdə də öz fikrimi dedim. Hansı meydanda keçirilməsindən asılı olmayaraq, xeyriyyə görüşünün vacibliyinə qərar verdik. Həmkarım klubun İdarə Heyəti ilə görüşdükdən sonra cavabını verəcək”.

Orman da təklifə cavabını artıq bildirib. “Beşiktaş” rəhbəri matçın “Bursaspor”un meydanında baş tutmasını istədiklərini qeyd edib. Bundan əlavə, o, Azərbaycana səfər edəcəklərini açıqlayaraq, matçın tarixinin hər iki klubun proqramına uyğun şəkildə təyin olunmasının tərəfdarıdı:

“Rəqibimizi iki dəfə qəbul etmişik. Budəfəki qarşılaşmanın “Timsah Arena”da keçirilməsini istərdik. Təbii ki, əvvəldən hazırlanmış proqramlar var. “Beşiktaş”ın Azərbaycanda özəl oyunu olacaq. Hələ həmin görüşün tarixi müəyyənləşdirilməyib. Yanvarın 10-12-si aralığında Antalyada olacağıq. “Bursaspor”un prezidenti mənə müraciət etdikdən dərhal sonra biz Azərbaycan tərəfindən matçın tarixinin dəqiqləşdirilməsini xahiş etdik. Onlardan xəbər gələn kimi, biz də “Bursaspor”a cavab verəcəyik. Əgər bu dönəmdə olmasa, milli komandaların oyunu zamanı xeyriyyə matçını keçirə bilərik”. 

Etikxeber.az

Read Previous

Azərbaycan neftinin qiyməti 57 dollara çatır

Read Next

Orta məktəblərdə buraxılış imtahanlarında iştirak pulsuz olacaq- Dövlət İmtahan Mərkəzi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir