Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Filologiya elmləri doktoru, professor, 6-cı çağırış Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini və növbəti dəfə deputatlığa namizədliyini irəli sürən millət vəkili Jalə Əliyeva artıq 95 saylı Zərdab–Kürdəmir –Ucar Seçki Dairəsindən imza vərəqələrini götürüb.
Bu barədə Etikxeber.az-a J.Əliyevanın özü məlumat verib.
O, bu gündən imzatoplama kampaniyasına start verdiklərini bildirib.
“İnşallah, yaxın günlərdə tələb olunan imzaları toplayıb, imza vərəqələrini 95 saylı Dairə Seçki Komissiyasına təhvil verəcəyik”-deyə, o, sözlərinə əlavə edib.
Qeyd edək ki, J. Əliyeva 2005-ci ildən, 3-cü çağırış MM-dən parlamentdə təmsil olunur.
Hər zaman fəallığı və aktivliyi ilə seçilən, mediaya açıq olan J. Əliyeva beşinci dəfə şansını sınamaq qərarını verib.
Qeyd edək ki, J. Əliyeva tanınmış ziyalı ailəsindəndir, şair-mərhum Nurəngüz Gün və mərhum Fazil Əliyevin tək qız övladıdır.
J. Əliyeva həm də tək övlad-qız anasıdır, 3 nəvəsi var.
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az