Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
95 saylı Zərdab–Kürdəmir–Ucar Seçki Dairəsindən müstəqil şəkildə beşinci dəfə namizədliyini irəli sürən filologiya elmləri doktoru, professor, 6-cı çağırış Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyevanın deputatlığa namizədliyi qeydə alınıb.
Bu barədə Etikxeber.az-a J. Əliyeva özü məlumat verib.
Qeyd edib ki, 95 saylı Dairə Seçki Komissiyası (DSK) imza vərəqələrini yoxlayaraq, onun deputatlığa namizədliyini rəsmən qeydə alıb.
J.Əliyeva bir daha ona imza verən şəxslərə, adıçəkilən Seçki Dairəsinin seçicilərinə öz minnətdarlığını ifadə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az