Beyləqanlı İkinci Vətən Müharibəsi Şəhidi-EVİN-AİLƏNİN TƏK OĞLU, TƏK BACININ TƏK QARDAŞI AZƏR ŞÜKÜROVUN BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN DÖRD İL ÖTÜR… – FOTOLAR – YENİLƏNİB – (1)

Beyləqan rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Azər Şükürovun Anım Günüdür.

Azər Şükürovun bu gün Əbədiyyətə uğurlanmasından dörd il ötür.

Anım Günü ilə bağlı bu gün-4 noyabr 2024-cü il tarixində, səhər saatlarında Şəhidin Birinci Şahsevən kənd qəbiristanlığındakı Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, “Quran” oxunub.

Ailəsinə-valideynlərinə Allahdan səbr və dözüm arzulanıb.

Məzarı ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə Anım məclisi düzənlənib, adına ehsan verilib, ruhuna bir daha dualar edilib.

Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Anım məclisində ailə üzvləri, Beyləqanlı Şəhid ailələri, din xadimləri, Qazilər, Əziz Əzizov başda olmaqla, Beyləqan rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri və digərləri iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Azər Cahid oğlu Şükürov 1994-cü ilin fevral ayının 11-də Beyləqan rayonunun Birinci Şahsevən kəndində dünyaya gəlib…

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub…

Ondan iki yaş böyük olan bacısı Aytən xanım hazırda ailəlidir və Bakı şəhərində yaşayır…

2001-2010-cu illərdə Birinci Şahsevən kənd Əli Rüstəmov adına 2 saylı tam orta məktəbdə 9 illik təhsil alıb…

2012-2013-cü illərdə Əsgərlikdə olub…

Əsgərliyini başa vurduqdan sonra evinə dönüb, bir müddət Bakı şəhərində işləyib, sonra yenidən Birinci Şahsevənə qayıdıb…

2015-ci ildə ailə həyatı qurub, iki oğlan övladı-Nurlanı və Cahidi dünyaya gəlib…

Nurlan 2016-cı il, Cahid isə 2017-ci il təvəllüdlüdür…

İkinci sinfi bitirən Nurlan hazırda atasının-Azərin valideynlərinin himayəsində yaşayır…

İkinci Vətən Müharibəsi başlayan zaman Azər könüllü şəkildə Vətənin müdafiəsinə atılıb…

Sentyabrın 29-dan döyüşlərdə işirak edib və oktyabr ayının sonlarına yaxın Qubadlı istiqamətində döyüşlərdən birində qəhrəmancasına Şəhid olub…

Noyabrın 3-də isə Şəhidliyi xəbəri ailəsinə, valideynlərinə bildirilib…

Nəşi bir gün sonra-noyabrın 4-də Birinci Şahsevən kənd qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb…

Azər həm də Birinci Şahsevənin 12 İkinci Vətən Müharibəsi Şəhidindən biridir…

Həmçinin, ana tərəfdən üç yaxın qohumu-Birinci Şahsevəndən olan Elşən Abbasovla Elvin Şirinov, Milabaddan olan Vətən Müharibəsi Qəhrəmanı Elbrus Bayramov İkinci Vətən Müharibəsi Şəhididir…

Şəhidliyindən sonra dörd medalla-“Vətən uğurunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”  “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub…

Məkanı cənnətlik, dərgahı mübarək olsun!

Nur içində yatsın!

13:04

***

FOTOLAR:

15:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Texnologiya Universitetinə rektor, Naxçıvan şəhərinə isə icra başçısı-TƏYİN EDİLDİ – YENİLƏNİB

Read Next

Kürdəmirli İkinci Vətən Müharibəsi Şəhidi, dörd bacının tək və subay qardaşı-ƏLİ MƏMMƏDOVUN BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANDIĞI GÜNDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir