Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçir

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksində gücləndirilmiş iş rejiminə keçiləcək.

Etikxeber.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib.

O bildirib ki, gücləndirilmiş iş rejimi dekabrın 25-dən yanvarın 7-dək davam edəcək. Bayram günləri istifadəyə veriləcək əlavə nəqliyyat vasitələri barədə məlumat isə yaxın günlərdə açıqlanacaq.

Etikxeber.az

Read Previous

Nazir Macarıstanın Azərbaycandakı səfiri ilə görüşdü – FOTO

Read Next

195 yaşayış məntəqəsinə təbii qaz verilib – “Azəriqaz”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir