Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu-BAŞ PROKURORLUQ

Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olunub.

Baş Prokurorluqdan Etikxeber.az-a verilən xəbərə görə, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Nadirov Qoşqar Cabir oğlu, Rüstəmov Rəşad Aslan oğlu Məmmədov Tural Bəhram oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Etikxeber.az

Read Previous

“Azərbaycan qaz təchizatının coğrafi əhatəsinə görə Avropa məkanını qazla təmin edən ilk ölkələrdən biridir…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTO

Read Next

“Elməddin uşaqlıqdan Vətəninə, Torpağına bağlı uşaq idi…Elə ona görə də Vətənini, Torpağını ailəsindən, valideynlərindən üstün tutdu…”-BU SÖZLƏRİ LƏNKƏRANLI ŞƏHİD ELMƏDDİN MƏMMƏDLİNİN ANASI MƏLAHƏT MƏMMƏDOVA ÖVLADININ CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİRDƏ DİLƏ GƏTİRDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir