Beynəlxalq birliyin məsələyə həssas yanaşacağına inanırıq – SPİKER – FOTO

Oqtay Əsədov: Bu günədək Azərbaycanla Almaniya arasında 77 hüquqi sənəd imzalanıb, 14 sənəd isə baxılmaqdadır…

Mayın 23-də Milli Məclisin (MM) sədri Oqtay Əsədov Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə parlament qrupunun başçısı Yohanes Karsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Etikxeber.az-ın məlumatına görə, O. Əsədov bildirib ki, Azərbaycan tərəfi dostluq qruplarının qarşılıqlı səfərlərini  yüksək qiymətləndirir:

“Ölkələrimiz arasındakı münasibətlərin  zəngin tarixi var.

 2016-ci ildə Azərbaycan prezidenti İlham Əliyev “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncam imzalanıb.

 Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz yeni məna kəsb edib.

 Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri bu baxımdan ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli rol oynayır.

Bu günədək Azərbaycanla Almaniya arasında 77 hüquqi sənəd imzalanıb, 14 sənəd isə baxılmaqdadır.

İqtisadi sahədə də münasibətlərimiz yüksələn xətlə inkişaf edir. Almaniya Azərbaycanın Avropada ən önəmli siyasi-iqtisadi tərəfdaşlarındandır.

Ölkələrimiz arasında 2018-ci ildə  ticarət dövriyyəsinin həcmi təqribən 1,9 milyard ABŞ dolları olub”.

Dağlıq Qarabağ münaqişəsindən söz açan spiker problemin həllinin bölgənin inkişafı üçün əhəmiyyətindən danışıb.

Bildirib ki, münaqişənin tezliklə beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həlli regionun iqtisadi tərəqqisinə böyük təkan verər:

“Biz münaqişənin sülh yolu ilə həllində aidiyyəti qurumların və beynəlxalq birliyin məsələyə ədalətli və həssas yanaşacağına inanırıq”.

23.05.2019 sedr almaniya B

Yohanes Kars isə deyib ki, o, ölkəmizdə ilk dəfə 1999-cu ildə olub:

“Budəfəki səfərində müstəqil Azərbaycanın bölgələrinin və paytaxt Bakının sürətlə inkişaf etdiyini müşahidə edib.  Bütün bunlar Azərbaycanın dostu kimi onları da sevindirir. Avropa İttifaqının üzvü olan Almaniya Cənubi Qafqazın bu bölgəsi ilə münasibətlərin dərinləşməsində maraqlıdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadəsi qaydası ilə bağlı qanun olacaq – YENİLƏNİB

Read Next

“Burada qəbahət haradadır?” – RÜFƏT QULİYEV AYDINLIQ GƏTİRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir