“Beynəlxalq ictimaiyyət Ermənistanın mina terroruna səssiz qalmamalı, bu ölkəyə ciddi təzyiq göstərməlidir”-OMBUDSMAN

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Tərtər və Ağdamdakı mina partlayışları ilə bağlı məlumat yayıb.

Ombudsman Aparatından Etikxeber.az-a verilən xəbərə görə, məlumatda bildirilib ki, Ermənistanın otuz illik işğal dövründə torpaqlarımızda basdırdığı minalar insanların həyatına və sağlamlığına təhlükə yaratmaqda davam edir.

“Növbəti mina terroru nəticəsində dörd nəfər mülki şəxs yaralanıb. Ümumilikdə İkinci Qarabağ müharibəsindən bu günədək 350 nəfər minadan zərər çəkib. Beynəlxalq ictimaiyyət Ermənistanın mina terroruna səssiz qalmamalı, dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi üçün bu ölkəyə ciddi təzyiq göstərməlidir”-deyə, sonra qeyd olunub.

Etikxeber.az

Read Previous

İsmayıllı, Şəki, Ağdaş, Saatlı və Bərdənin qaz təchizatında fasilə yaranacaq-BU GÜN

Read Next

Əliyev Beqlovu-QƏBUL ETDİ, HƏDİYYƏ TƏQDİM OLUNDU – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir