Beynəlxalq Jurnalist Təşkilatından Xocalı soyqırımı ilə bağlı-BƏYANAT

GLOBAL JOURNALİSM COUNSİL beynəlxalq jurnalist təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı bəyanat yayıb.

Təşkilatın beynəlxalq məsələlər üzrə sədr müavini Elşad Eyvazlının adından yayılan açıqlamada dünyada insanlığa qarşı törədilən hər bir akt pislənilir, insanlar dinc, yanaşı yaşamağa çaığırılır.

Etikxeber.az-ın məlumatına görə, bəyanatda daha sonra deyilir:

– Bu gün dünyada insanlığa qarşı törədilən faciə kimi qəbul edilən, adı Xolokost, Srebrenitsa soyqrımları ilə birgə çəkilən Xocalı soyqrımının 28 ili tamam olur.

Bu soyqrımı törədənlər beynəlxalq hüquq qarşısında cavab verməlidirlər.

Odur ki, Birlışmiş Millətlər Təşkilatının Beynəlxalq Məhkəməsini, Beynəlxalq Cinayət Məhkəməsini Xocalı soyqırımına qiymət verməyə çağırırıq.

Bu məsələdə jurnalistlərin üzərinə böyük yük düşür. Hər bir jurnalist doğrunun yanında, insanlığın yanında olmalıdır.

Jurnalistlər hər zaman insanlığı müdafiə etməli, şər qüvvələrə qarşı mübarizə aparmalıdır.

GLOBAL JOURNALİSM COUNSİL bir daha bütün dünyada insanlığa qarşı olan hərəkətləri pisləyir, belə halların bir daha baş verməməsi üçün cinayətkarların cəzalandırılmasını tələb edir, insanları sülh, barış içində yaşamağa çağırır.

Bəyanat əksər ölkələrin mediasında dərc olunacaq.

Etikxeber.az

Read Previous

“Çinlə sərhəddini qapadan Rusiya eyni addımı Azərbaycanla bağlı da ata bilər, buna hazır olmalıyıq” – POLİTOLOQ

Read Next

Gülər Əhmədovanın oğlunun məhkəməsinin vaxtı-MƏLUM OLDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir