Beynəlxalq müsabiqə laureatının solo konserti keçirilib

Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli adına VIII Beynəlxalq Festivalı çərçivəsində Əməkdar Artist, Bakı Musiqi Akademiyasının professoru, beynəlxalq müsabiqə laureatı Nərgiz Əliyarovanın solo konserti keçirilib.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, konsertdə Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, bir sıra xarici ölkə bəstəkarlarının da musiqiləri səsləndirilib.

Gecədə pianoçunun Belçikanın “ETCETERA” şirkətində yazılan “Nərgiz Əliyarova Azərbaycan musiqisini ifa edir” adlı yeni kompakt diski təqdim olunub. Şirkət tərəfindən hazırda dünyanın müxtəlif ölkələrində həmin diskin satışı həyata keçirilir.

Gecədə alqışlarla qarşılanan müəllif, 3 musiqi diskinin Almaniyada və Hollandiyada yazıldığını və Belçikada disklərinin təqdimatının keçirildiyini söyləyib.

Etikxeber.az

Read Previous

Musa Quliyev: “İnsan orqanizminə bioloji cəhətdən yaxın olmasına görə bitki dərmanlardan istifadə olunması daha məsləhətlidir”

Read Next

Millət vəkili: “Intizarla gözlədiyimiz ümumxalq səsverməsi artıq baş tutdu”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir