“Beynəlxalq reaksiyalara əhəmiyyət verilməməlidir…”-SABİQ DEPUTAT-PARTİYA SƏDRİ

Bütün cəbhə boyu Azərbaycan Ordusu tərəfindən sıxışdırılan düşmən artıq neçə gündür ki, şəhərlərimizə, yaşayış məntəqələrimizə, mülki hədəflərə raket zərbələri endirir.

Ölənlər, yaralananlar, dağıntılar var.

Milli Ordumuzun radarları həmin orta mənzilli raketlərin Ermənistanın Cermuk, Qafan və Berd rayonlarında yerləşən start mövqelərindən buraxıldığını təsbit edib.    

Bütün bunlar bir daha Ermənistanın cinayətkar, terrorçu dövlət olduğunu, heç bir norma və qaydalara məhəl qoymadığını əyani şəkildə sübut edir.

Beynəlxalq təşkilatların susqunluğu, hərbi cinayətlər işlədən Ermənistana qarşı cəza tədbirləri və sanksiyalar tətbiq etməməsi işğalçını daha da azğınlaşdırır.   

Bunun qarşısını almaq üçün özümüz yeni effektiv addımlar atmalıyıq.

İlk növbədə, Ordumuzun radiolokasiya sistemindəki qeydlərini beynəlxalq təşkilatlara, Bakıdakı xarici ölkə səfirliklərinə təqdim etmək lazımdır.

Şübhə yoxdur ki, analoji qeydlər NATO-nun bölgəyə yaxın radarlarında,ABŞ-ın, digər ölkələrin peyk qeydlərində də fiksasiya olunmuşdur.

Bunun ardınca ölkəmizə, vətəndaşlarımızın həyatına təhlükə olan düşmənin raket zərbələrinə qarşılıqlı cavab verilməlidir.

Düşmənin strateji silahlarının yerləşdiyi start mövqelər yerlə-yeksan edilməlidir.

Arsenalımızda olan silahlarımız buna qadirdir. Beynəlxalq reaksiyalara əhəmiyyət verilməməlidir.

Belə ki, bu addımımız Ermənistana hücum anlamına gəlmir.

Biz, sadəcə olaraq,  təhlükəsizliyimizi təmin edirik. BMT-nin nizamnaməsi və digər beynəlxalq qanunlar buna imkan verir.   

Bir sözlə, düşməni birdəfəlik susdurmaq,ağıllandırmaq, insanlıq qarşısında məsuliyyətini dərk etdirmək üçün ona adekvat cavab vermək lazımdır.

Əslində, bu işi BMT, onun Təhlükəsizlik Şurası, ATƏT görməlidir.

Nə edək ki, bu qurumlar  ermənilərin bəşəri cinayətlərini gözardı edirlər. Dünya ədalətsiz dünyadır.

Bizim işimiz haqq işidir. Ədalət üçün vuruşuruq, bölgəmizdə və dünyada əmin-amanlığı bərqərar etmək üçün savaşırıq.

Böyük Haqq haqq işimizdə bizə yardımçı olsun!

Mayis SƏFƏRLİ,

Sabiq deputat, Yurddaş Partiyasının sədri

Etikxeber.az

Read Previous

Yoluxmada yenidən artım-182 – DAHA 2 ÖLÜM…

Read Next

“Tərtər, Bərdə Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri atəşə tutulur…”-MN – AZƏRBAYCAN ORDUSU YENİ DAYAQ MƏNTƏQƏLƏRİNİ AZAD ETDİ – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir