“Beynəlxalq ictimaiyyət tərəfindən işğalçı ölkənin Azərbaycanın mülki əhalisini hədəfə alan müharibə cinayətləri əməllərinə son verməsini Ermənistandan tələb edilməsi zəruridir”-XİN

Cari ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Azərbaycanın Naftalan rayonunun Qaşaltı kəndinin sakini, 1951-ci il təvəllüdlü Elbrus Qurbanov və onun dörd ailə üzvü, 1956-cı il təvəllüdlü Şəfayət Qurbanova, 2006-cı il təvəllüdlü Fidan Qurbanova, 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və 1981-ci il təvəllüdlü Afaq Əmirova həlak olublar. Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də beynəlxalq humanitar hüquq və 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozur. 

Etikxeber.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti idarəsinin açıqlamasında bildirilir.

“Ermənistan tərəfinin bu vəhşilik aktını qətiyyətlə qınayır, mülki şəxslərin atəşə tutulması və bu yolla dinc əhalinin qorxu içində saxlanılması cəhdinə son verməyi tələb edirik.

Beynəlxalq ictimaiyyət tərəfindən işğalçı ölkənin Azərbaycanın mülki əhalisini hədəfə alan müharibə cinayətləri əməllərinə son verməsini Ermənistandan tələb edilməsi zəruridir. 

Ermənistan silahlı qüvvələrinin təcavüz aktı nəticəsində həyatını itirmiş mülki şəxslərimizin yaxınlarına dərin hüznlə başsağlığı bildiririk”– deyə, açıqlamada qeyd olunub.

Etikxeber.az

Read Previous

Ermənilərin son təxribatı ilə bağlı-4 MADDƏ ÜZRƏ CİNAYƏT İŞİ BAŞLANDI

Read Next

“Ali Baş Komandanımızın dediyi kimi, işğalçılar öz cəzalarını alıblar və alacaqlar…Biz zəfər çalacağıq, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”-JALƏ ƏLİYEVA ÖLKƏ PREZİDENTİNİN XALQA MÜRACİƏTİNDƏN DANIŞDI, QƏLƏBƏNİN AZƏRBAYCANIN OLACAĞINI SÖYLƏDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir