“Beynəlxalq institutları bu hadisəni pisləməyə və həmrəylik göstərməyə çağırırıq”-HİKMƏT HACIYEV

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev beynəlxalq institutları Kəlbəcərdə üç mülki şəxsin ölümü ilə nəticələnən mina partlayışını pisləməyə çağırıb.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Hikmət Hacıyev “Twitter”də bildirib.

“AzTV və “Azərtac”ın jurnalistləri Kəlbəcərdən qoşunlarını çıxararkən Ermənistan tərəfindən məqsədli şəkildə yerləşdirilmiş minanın qurbanı olub. Beynəlxalq institutları bu hadisəni pisləməyə və həmrəylik göstərməyə çağırırıq.

Sirac Abışov və Məhərrəm İbrahimov, ruhunuz şad olun. Allah rəhmət eləsin!” – deyə Hikmət Hacıyev qeyd edib.

Xatırladaq ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb.

Nəticədə “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb.

Etikxeber.az

Read Previous

İkinci Şəhidlər Xiyabanı və İkinci Fəxri Xiyaban-POLADLAR, İLQARLAR, MÜBARİZLƏR, TƏBRİZLƏR, SÜBHANLAR, NURLANLAR, URFANLAR, CƏBRAYILLAR… – FOTOLAR

Read Next

“Jurnalist hüquqlarının müdafiəçisi qismində çıxış edən beynəlxalq qeyri-hökumət təşkilatları hələ də susmaqda davam edir!”-MEHRİBAN ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir